MDF nədir?
Məqalə MDF nədir?
MDF — İngilis dilindən götürülmüş Medium Density Fiberboard ifadəsinin abreviaturudur. Orta sıxlığa malik taxtalifli lövhə mənasını verir. MDF lövhələr ağac liflərindən hazırlanır. Bu da lövhələri ekoloji baxımdan daha təmiz edir. MDF lövhələri çox möhkəm və sıx olur, rənglənmək və ya laminə edilmək üçün idealdır. Laminatla müqayisəyə gəldikdə MDF bir qədər keyfiyyətli və bahalı materialdır. Laminatan hazırlanacaq hər bir şeyi MDF-dən də hazırlamaq mümkündür. MDF lövhələr daha çox boya, parlaq və ya mat melamin, membran, akrilik, təbii taxta(şpon) və s. ilə üzlənir. Bunların bir çoxu DSP-yə üzlənə bilinmir(sıxlıq az, məsamələr nisbətən çox olduğundan). MDF laminata nisbətən davamlı material sayılsa da, əksər mebellərdə laminatdan istifadə olunur.